Qaytarılma üçün əsas şərtlər
İstifadə edilməmiş, ilkin görünüşünü və satış xüsusiyyətlərini saxlayan məhsul qanunvericiliyin tələbləri və nəzərdə tutulan istisnalar nəzərə alınmaqla 14 gün ərzində qaytarılma üçün təqdim edilə bilər.
- Məhsul istifadə və aktivasiya edilməməlidir
- Qutu, qoruyucu materiallar və komplektasiya tam olmalıdır
- Kassa çeki və ya sifariş nömrəsi təqdim edilməlidir
Qüsurlu məhsullar
Normal istifadə zamanı məhsulun özündən qaynaqlanan texniki və ya istehsal qüsuru aşkar edilərsə, məhsul servis yoxlanışına qəbul olunur. Təsdiqlənmiş qüsur üzrə təmir, dəyişdirmə və ya geri ödəniş tətbiq olunan zəmanət şərtlərinə və qanunvericiliyə uyğun həyata keçirilir.
- Qüsur servis mütəxəssisi tərəfindən yoxlanılır
- Məhsul və bütün sənədlər təqdim olunur
- Yoxlamanın nəticəsi müştəriyə bildirilir
Qaytarılmaya qəbul edilməyən hallar
Məhsulda istifadə izləri, fiziki zədə və ya komplektasiya çatışmazlığı olduqda qaytarılma müraciəti qəbul edilməyə bilər. Düşmə, zərbə, əzilmə, ekran və korpus qırığı, maye təması, yanma izi və yanlış istifadə nəticəsində yaranan zədələr məhsul qüsuru hesab edilmir.
- Mexaniki və kosmetik zədələr
- Maye, rütubət və elektrik dalğalanmasının yaratdığı nasazlıqlar
- Səlahiyyətsiz təmir, proqram və ya konstruksiya müdaxiləsi
Müraciət və geri ödəniş
Müraciət üçün 050-679-42-51 nömrəsi ilə əlaqə saxlayın və sifariş məlumatını təqdim edin. Qaytarılma təsdiqləndikdə kartla ödənilmiş məbləğ bankın emal müddətindən asılı olaraq həmin karta köçürülür; nağd ödənişlər isə razılaşdırılmış qaydada rəsmiləşdirilir.